2024/2025-ci tədris ilinin əvvəlində Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinin sayı 51 olub. Bu müəssisələrdə ümumilikdə 246 529 tələbə təhsil alır ki, bu da əvvəlki illərlə müqayisədə artım dinamikasının davam etdiyini göstərir.
Tələbələrin 222 578-i əyani, 23 951-i isə qiyabi formada təhsil alır. Bu il ali təhsil müəssisələrinə qəbul olunan tələbələrin sayı da artıb. Belə ki, bakalavriat səviyyəsində 57 391 nəfər tələbə qəbul olunub. Onlardan 53 000 nəfəri əyani, 4 391 nəfəri isə qiyabi təhsil formasını seçib.Magistratura səviyyəsinə qəbul edilənlərin sayı isə 13 909 nəfər olub.
Dövlət ali təhsil müəssisələrində neçə tələbə təhsil alır?
AzEdu.az-ın əldə etdiyi məlumata əsasən, 2024/2025-ci tədris ilinin əvvəlində Azərbaycanda fəaliyyət göstərən dövlət ali təhsil müəssisələrinin sayı 41 olub.
Belə ki, ümumilikdə 216 125 tələbə təhsil alır. Onlardan 195 216 nəfəri əyani, 20 909 nəfəri isə qiyabi formada təhsil alır.
Dövlət ali təhsil müəssisələrinə qəbul olunan tələbələrin sayı bakalavriat səviyyəsində 49 430 nəfər olub. Bu tələbələrin 45 618-i əyani, 3 812-si isə qiyabi təhsil formasını seçib.
Magistratura səviyyəsinə qəbul edilən tələbələrin sayı isə 12 602 nəfərə çatıb. Onlardan 12 522 nəfəri əyani, 80 nəfəri isə qiyabi formada təhsil alır.