Azedu.az

“Yeni tədris ilinə universitetlər daha gec başlaya bilər"

Tələbələr

Universitetlər

1 Sentyabr 2025, 13:53
“Yeni tədris ilinə universitetlər daha gec başlaya bilər"

"15 sentyabrda məktəblər və universitetlər açılır. Şəhərdə nəqliyyatın iflic olacağına şübhə yoxdur".

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil məsələləri üzrə mütəxəssis, UNEC Biznes Məktəbinin direktor müavini Vüsal Kərimli bildirib.

166939Onun sözlərinə görə, dünyanın əksər ölkələrində universitetlərin dərslərinin başlaması fərqli tarixlərdədir:

"Burada bunun müəyyən səbəbləri var. Səbəblər ondan ibarətdir ki, böyük şəhərlərdə müəyyən tıxac məsələləri və zamanın idarə olunması mövcuddur. İkinci bir məsələ, hər bir universitetin öz qrafikini, yəni tədris prosesini özünün tənzimləməsi daha uyğun olur. Çünki burada xarici tələbə qəbulu var. İmtahan nəticələrinə əsasən müxtəlif turlarda: birinci, ikinci və üçüncü turlarda tələbə qəbulu baş tutur. Onların əmrlərinin gəlməsi, yerləşdirilməsi var. Bu proseslərin hamısı ciddi zaman alır, xüsusilə də xarici tələbələr baxımından. Xarici tələbələrin qəbulu və qeydiyyatı bəzən oktyabr ayına qədər çəkir.

Yəni, əgər bir tələbə sentyabr ayının 20-də və ya 25-də qəbul alırsa, onun gəlişi və yerləşməsi zaman tələb edir və universitetlər ona heç bir irad bildirə bilməz. Ona görə düşünürəm ki, dünya praktikasında olduğu kimi, ali təhsil müəssisələrində tədris daha çox oktyabr ayının əvvəlinə və ya sentyabrın sonuna qədər başlaya bilər.

Yenə də bu, universitetlərin öz qərarından asılıdır. Bundan başqa, prosesi həm idarəetmə baxımından, həm də digər səbəblərlə əsaslandırmaq mümkündür. Məsələn, universitet müəllimləri orta məktəb müəllimləri kimi məzuniyyətdən tez qayıtmırlar. Onlar ən yaxşı halda sentyabrın 5-6-sına qədər işə qayıdırlar. O 5-10 gün ərzində isə proseslərə hazırlıq üçün zaman tələb olunur. Düşünürəm ki, dərslərin bir az gec başlaması daha faydalı olar".

Putin əmr verdi - Azərbaycana hücum edin!
Son xəbərlərDaha çox