Azedu.az

TKTA sədri: “İmtahansız tələbə qəbul edən universitet özünə hörmət etmir”

Tələbələr

28 Avqust 2025, 16:37
TKTA sədri: “İmtahansız tələbə qəbul edən universitet özünə hörmət etmir”

“İstənilən halda, birmənalı olaraq attestatla, heç bir imtahan olmadan reklam olunan universitetlər hörmətli, möhtəbər ali məktəb hesab edilə bilməz”.

AzEdu.az xəbər verir ki, TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov “Xəbərimiz var” verlişində bu barədə danışıb.

“Burada iki element var. Birincisi ondan ibarətdir ki, imtahansız qəbul birmənalı olaraq mümkündür. Amma özünə hörmət edən universitet imtahansız tələbə qəbul etmir. Niyə? Çünki rəqabətlilik fonunda universitet istər ki, daha yaxşı tələbə gəlsin və daha yaxşı tələbədən daha yaxşı məzun formalaşdırsın. Ali məktəbləri ayaqda saxlayan onun məzunları və təqdim etdiyi keyfiyyətli təhsilidir”.

İstənilən halda, birmənalı olaraq attestatla, heç bir imtahan olmadan reklam olunan universitetlər hörmətli, möhtəbər ali məktəb deyil:

“İkinci məsələ isə budur ki, sözsüz ki, biz kvalifikasiyaları tanıyanda qəbul vaxtı imtahanın verilib-verilmədiyini qiymətləndirmirik. Çünki hazırkı qaydalarda belə bir tələb yoxdur. Amma təəssüflər olsun ki, tədris dilini bilməyən, lakin əlində kvalifikasiyası olan gənclərimiz az deyil. Bu, bizi çox məyus edir. Biz transkriptdə nəzər yetirdikdə, orada götürülən dərslərə baxdıqda və həmin şəxsin dərslərlə bağlı məlumatlı olmadığını gördükdə, həmçinin tədris dili ilə bağlı üç cümlə belə qura bilmədiyini öyrəndikdə çox məyus oluruq”, - deyə Tural Əhmədov fikirlərini yekunlaşdırıb.

Ukraynadan gözlənilməz hücum: Rusiya zavodları bombalanır
Son xəbərlərDaha çox