Azedu.az

Azərbaycanlı tələbələr HTP çərçivəsində Rumıniyada təhsil alacaqlar

Tələbələr

27 Avqust 2025, 15:35
Azərbaycanlı tələbələr HTP çərçivəsində Rumıniyada təhsil alacaqlar

2025-2026-cı tədris ili üzrə Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində Rumıniya ali təhsil müəssisələrində təhsil almaq üçün keçirilmiş müsabiqənin nəticələri açıqlanıb. 

AzEdu.az xəbər verir ki, nəticələrə əsasən, 8 nəfər Azərbaycan vətəndaşı təqaüd proqramının qalibi olub.

Yekun qərar nəticəsində seçilən gənclər Rumıniyanın aparıcı ali təhsil müəssisələrində - "University of Bucharest", "National University of Science and Technology Politehnica Bucharest", "Bucharest University of Economic Studies", "Transilvania University of Brasov" və “Lucian Blaga University of Sibiu”da təhsil alacaqlar.

Tələbələr bakalavriat (2 nəfər) və magistratura (6 nəfər) səviyyələri üzrə “Biznesin idarə edilməsi”, “İqtisadiyyat”, “Kimya”, “İnformasiya texnologiyaları” və “Beynəlxalq münasibətlər” kimi ixtisaslarda təhsil alacaqlar.

Qeyd edək ki, proqramın şərtlərinə uyğun olaraq, tələbələr əvvəlcə 1 il müddətində ödənişsiz rumın dili hazırlıq kursuna cəlb olunacaqlar. Təhsil haqqı, yataqxana, aylıq təqaüd və tibbi sığorta xərcləri Rumıniya hökuməti tərəfindən, yol xərci isə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən qarşılanacaq.

DİQQƏT: Moskvadakı azərbaycanlıların nəzərinə!
Son xəbərlərDaha çox