Azedu.az

Naxçıvanda ən yüksək bal toplayan məzunların qəbul olduğu universitet və İXTİSASLAR

Tələbələr

23 Avqust 2025, 15:05
Naxçıvanda ən yüksək bal toplayan məzunların qəbul olduğu universitet və İXTİSASLAR

Naxçıvan Muxtar Respublikasında 2025-ci il ali məktəblərə qəbul imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticə göstərən məzunların adı açıqlanıb. Belə ki, Məzunlar ölkənin aparıcı universitetlərinə yüksək balla qəbul olunublar.

AzEdu.az xəbər verir ki, I ixtisas qrupu üzrə Sehrin Cəfərova 689,50 balla Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasına qəbul olaraq qrup üzrə ən yüksək nəticəni göstərib.

II ixtisas qrupu üzrə Səma İsmayılova, 669,70 bal toplayaraq ADA Universitetinin (ADA) Maliyyə ixtisasına qəbul olunub.

III ixtisas qrupu üzrə isə Enes Hüseynli, 674,30 balla Bakı Dövlət Universitetinin (BDU) Hüquqşünaslıq ixtisasına daxil olub.

IV ixtisas qrupunda ən yüksək nəticə göstərən Oruc Rəhimli isə 672,50 balla Azərbaycan Tibb Universitetinin (ATU) Stomatologiya fakültəsinə qəbul olunub.

Rusiyadan Azərbaycan ərazisində ƏMƏLİYYAT
Son xəbərlərDaha çox