Azedu.az

Universitetlərə sənəd qəbulu 28 avqustda BAŞLAYIR

Tələbələr

Universitetlər

22 Avqust 2025, 23:48
Universitetlərə sənəd qəbulu 28 avqustda BAŞLAYIR

Ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlər 28 avqust – 8 sentyabr (saat 18:00-dək) tarixlərində portal.edu.az platformasında qeydiyyatdan keçməlidirlər.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, abituriyentlər yaradılmış kabinetə daxil olaraq təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Qeydiyyat prosesi ilə bağlı suallar da portal vasitəsilə dəqiqləşdirilə bilər.

Qeyd olunub ki, müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək. Bu halda qəbul haqqında əmrin ali məktəbə göndərilməyəcəyi vurğulanıb.

Rusiyadan Azərbaycan ərazisində ƏMƏLİYYAT
Son xəbərlərDaha çox