Azedu.az

600 bal toplayan 10 abituriyent tələbə ola bilmədi

Tələbələr

Universitetlər

22 Avqust 2025, 23:19
600 bal toplayan 10 abituriyent tələbə ola bilmədi

IV ixtisas qrupunda tibb ixtisasını seçmək istəyən abituriyentlərə yalnız şəxsi istəklərini deyil, həm də müsabiqə vəziyyətini nəzərə almaları tövsiyə olunub.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, bəzi abituriyentlər ixtisas seçimi zamanı məhdud sayda kod göstərdiklərinə görə qəbul imkanı əldə etməyiblər. Məsələn, bu qrup üzrə 600-dən yuxarı bal toplayan 10 abituriyent ərizələrində kifayət qədər seçim etmədiklərindən müsabiqədən kənarda qalıb.

Nəticədə həmin yerlərə daha yüksək bal toplayan digər abituriyentlər qəbul olunub və bəzi ixtisaslarda keçid balı xeyli yüksəlib.

DİM abituriyentlərə seçim zamanı daha geniş spektrdə ixtisas kodlarına yer verməyi tövsiyə edir.

Rusiyadan Azərbaycan ərazisində ƏMƏLİYYAT
Son xəbərlərDaha çox