Təhsil alanların hüquq və maraqlarının təmin olunması məqsədilə, tələbə köçürülməsi üzrə qəbul olunmuş qərarlardan narazı qalan şəxslər üçün apellyasiya müraciətlərinə baxılması prosesi həyata keçirilir.
Apellyasiya müraciətlərinin nəticələri nə zaman elan olunacaq?
Mövzu ilə bağlı AzEdu.az Elm və Təhsil Nazirliyinə sorğu ünvanlayıb.
Nazirlikdən sorğumuza cavab olaraq bildirilib ki, xaricdə təhsil alan tələbələrin Azərbaycan universitetlərinə köçürülməsi ilə bağlı Apellyasiyaya müraciətlərinin nəticələri avqust ayının sonunadək elan olunacaqdır.