Azedu.az

ADNSU məzunu “Social Hackathon Umbria 2025”də birinci yerin qalibi olub

Tələbələr

Universitetlər

22 Avqust 2025, 14:50
ADNSU məzunu “Social Hackathon Umbria 2025”də birinci yerin qalibi olub

İtaliyanın Spello şəhərində BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində əhəmiyyətli rəqəmsal layihələri bir araya gətirən “Social Hackathon Umbria 2025” tədbiri keçirilib. 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən AzEdu.az-a bildirilib ki, ADNSU-nun nəzdində fəaliyyət göstərən UFAZ-ın “Kompüter elmləri” ixtisası üzrə 2025-ci il məzunu Əziz Zeynallı tədbirdə iştirak edərək layihəsini təqdim edib.

Əziz Zeynallı, Sahib Rzayev, Lyne Reath və Ahmet Saim Yılmazın birgə hazırladığı “Primob” layihəsinin məqsədi miqrantların Avropa əmək bazarına daha yaxşı inteqrasiya olunmasına dəstək vermək və eyni zamanda Avropanın hələ kəşf edilməmiş insan potensialından faydalanmasına şərait yaratmaq olub.

Avropa və digər regionlardan 200-dən artıq müraciətin daxil olduğu və cəmi 12 komandanın finala yüksəldiyi yarışda Əziz Zeynallının komandası öz layihəsi ilə xüsusi diqqət cəlb edib. Tədbirin sonunda “Primob” layihəsi 1-ci yeri qazanaraq “Müxtəlifliyə görə Ən Yaxşı Rəqəmsal İnnovator” tituluna layiq görülüb.

Rusiyadan Azərbaycan ərazisində ƏMƏLİYYAT
Son xəbərlərDaha çox