ABŞ-də yeni tədris ili yaxınlaşdığı bir vaxtda Bostona gəlməyi planlaşdıran beynəlxalq tələbələr vizaların gecikməsi ilə üzləşiblər.
Məsələ xüsusən kirayə mənzil, akademik hazırlıq və yazılış proseslərində ciddi narahatlıqlar yaradır.
AzEdu.az xarici mənbədən aldığı məlumata əsasən xəbər verir ki, bir çox tələbələr artıq universitetlərə qəbul olsalar da, hələ də viza cavabı gözlədiklərinə görə ölkəyə daxil ola bilmirlər. Bu isə onların həm dərslərə vaxtında başlama, həm də yaşayış yerlərini təmin etmə imkanlarını məhdudlaşdırır.
Mütəxəssislər bildirirlər ki, vizaların gecikməsi ABŞ universitetlərinin beynəlxalq tələbələr üçün cazibədarlığını zəiflədə bilər. Çünki tələbələr alternativ olaraq Kanada, Böyük Britaniya və Avstraliya kimi ölkələrə yönələ bilərlər.