Azedu.az

Avstraliya əcnəbi tələbələr üçün təhsil haqqını qaldırır

Tələbələr

19 Avqust 2025, 11:13
Avstraliya əcnəbi tələbələr üçün təhsil haqqını qaldırır

2026-cı ildən etibarən Avstraliyanın aparıcı ali məktəbləri – University of Melbourne və University of Sydney – beynəlxalq tələbələr üçün təhsil haqqını kəskin şəkildə artıracaq.

AzEdu.az-ın xarici mənbədən aldığı məlumata əsasən, University of Melbourne-də bəzi ixtisasların illik ödənişləri 189 min dollardan 212 min dollara qədər yüksələcək. University of Sydney-də isə əsasən biznes ixtisaslarında 13 faizədək artım nəzərdə tutulub.

Universitetlər bu qərarı tələbə axınında azalma ilə əsaslandırır. JRG (Job Ready Graduates) siyasətinin çox tənqid olunmasına baxmayaraq, rəhbərlik artan xərclərin qarşılanması üçün beynəlxalq tələbələrdən gələn ödənişlərə güvənir.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
Son xəbərlərDaha çox