Azedu.az

III kurs tələbəsi faciəli şəkildə öldü - FOTO

Tələbələr

Universitetlər

15 Avqust 2025, 10:46
III kurs tələbəsi faciəli şəkildə öldü - FOTO

Avqustun 13-də Şamaxıda ağır qəza baş verib. Qəza nəticəsində Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Leyla Qasımova aldığı xəsarətlərdən hadisə yerində ölüb.

AzEdu.az Oxu.az-a istinadən xəbər verir ki, 23 yaşlı Leyla Qasımova Qərbi Kaspi Universitetinin III kurs tələbəsi imiş. O, İnformasiya texnologiyaları ixtisası üzrə təhsil alırmış.

Qeyd edək ki, Şamaxı rayonunun Çöl Göylər kəndi ərazisində baş verən qəza zamanı "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Leylanın faciəli şəkildə dünyasını dəyişdiyi qəza nəticəsində Bakı şəhər sakinləri - 1983-cü il təvəllüdlü Dürdanə Nağıyeva, 1979-cu il təvəllüdlü Vüsalə İsmayılova və onların 3 azyaşlı övladları xəsarət alıblar.

1455469

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox