Azedu.az

"Universitetlərdəki istehsalat təcrübələri önəm daşımır"

Tələbələr

Universitetlər

11 Avqust 2025, 15:16
"Universitetlərdəki istehsalat təcrübələri önəm daşımır"

Ali təhsil müəssisələrində istehsalat təcrübələri günümüzün reallıqları ilə ayaqlaşmır. Hətta bağlanıb-bağlanmaması heç bir önəm, mahiyyət daşımır.

Bu fikirləri sabiq deputat, Əməkdar müəllim Sona Əliyeva AzEdu.az-a açıqlamasında bildirib.

Deputat Sona Əliyeva SÜKUTU POZDU: “Məni və övladlarımı öldürməklə təhdid etdilər”-QALMAQAL

Əmək bazarı təhsil sistemindəki təcrübəni yetərli saymır

"Ümumiyyətlə, təhsil müəssisələrinin istehsalat təcrübəsi vermək potensialı çox aşağıdır. Sovet təcrübəsindən yaxa qurtara bilmədiyi üçün günümüzün reallıqlarını, real əmək bazarının tələbatlarını ödəməkdə acizdir. Mütəxəssislərin yetişdirilməsində, nəzəriyyənin praktikada tətbiqində demək olar ki, çox aşağı imkanlara malikdir. Ona görə də işəgötürənlər haqlı olaraq bu təcrübəni öz sistemləri üçün məqbul saymırlar.

Gənc mütəxəssislər artıq 30 ildən çoxdur ki, əmək bazarında bir neçə il minimal maaş əməkhaqqı müqabilində özlərinə təcrübə toplayırlar. Daha sonra yetkin mütəxəssis kimi özlərinə karyera qurmağa başlayırlar. Çünki universitet praktikaları, təcrübə institutlarında keyfiyyətli mütəxəssis qıtlığı yaşanır. Bu da təbiidir. Heç bir təcrübəli mütəxəssis 300-400 manatlıq aylıq əməkhaqqına universitetdə uşaq öyrətməz. Onlar da daha yaxşı maaş təklif edən yerlərə üz tuturlar".

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox