Azedu.az

Xaricdə təhsil: 351 nəfər Dövlət Proqramını başa vuraraq ölkəyə qayıdıb

Tələbələr

6 Avqust 2025, 16:12
Xaricdə təhsil: 351 nəfər Dövlət Proqramını başa vuraraq ölkəyə qayıdıb

Azərbaycan gənclərinin xaricdə ali təhsil almasına dövlət dəstəyinin artması müşahidə olunur. Xüsusilə “Gənclərin xarici ölkələrin ali təhsil müəssisələrində təhsili üzrə 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində bir çox azərbaycanlı gənc dünyanın nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb. Lakin bu təqaüd proqramı təkcə təhsil imkanları ilə deyil, həm də ölkəyə dönüş və karyera qurmaq baxımından doğurduğu öhdəliklərlə də diqqət çəkir.

Bəs bu proqramla təhsil alıb ölkəyə qayıdan məzunların sayı nə qədərdir və onların nə qədəri Azərbaycanda işlə təmin olunub?

Elm və Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, Dövlət Proqramı təqaüdçüsü seçildikdən sonra onunla Elm və Təhsil Nazirliyi arasında müqavilə imzalanır. Bu müqaviləyə əsasən təqaüdçünün də öhdəlikləri mövcuddur. Bunlardan biri də təhsilini uğurla başa vurduqdan sonra 2 ay ərzində vətənə qayıdıb, 5 il əmək fəaliyyəti ilə məşğul olmaqdır.

Təhsillərini uğurla başa vuraraq ölkəyə qayıdan və iş axtarışında olan məzunlarımız üçün də müəyyən qədər təşviqedici tədbirlər icra olunur ki, onlar bu imkandan yararlansınlar.

Məzunların işlə təminatı Dövlət Proqramının şərtlərinə daxil olmasa da mütəmadi Dövlət Proqramı tərəfindən böyük karyera sərgisi təşkil olunur. Ötən il 109 məzun prosesdə iştirak edib. Sərgidən sonra da məzunlar işlə təmin olunub. Özəl və ya dövlət sektor fərqi olmadan, hər iki sektorda da çalışanlar var.

Proqram çərçivəsində dünyanın 16 ölkəsinə aid 76 ali təhsil müəssisəsində təhsilini başa vuraraq ölkəyə qayıdan 351 nəfər Dövlət Proqramı məzunu adını qazanıb.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox