Azedu.az

Ali məktəblərə qəbul olunanların 46,69 faizi dövlət sifarişi ilə təhsil alacaq

Tələbələr

14 İyul 2025, 11:57
Ali məktəblərə qəbul olunanların 46,69 faizi dövlət sifarişi ilə təhsil alacaq

"Ali təhsil müəssisələrinə qəbul olunanların 46,69 faizi dövlət sifarişi ilə təhsil ala biləcək. Bu il dövlət sifarişli yerlərin sayı 2 faiz artıb".

AzEdu.az xəbər verir ki, bu sözləri DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024-cü ildə keçirilən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statsitik təhlili ilə bağlı çıxışı zamanı qeyd edib.

O qeyd edib ki, bu il ali təhsil müəssisələrinə qəbul olunanların 53,31 faizi isə ödənişli əsaslarla təhsil alma şansı əldə biləcək.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox