Bu il ali və orta ixtisas təhsili üzrə əlavə təhsil almaq istəyənlərin sayı diqqətçəkən səviyyədə artıb.
AzEdu.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının №12 (2024) buraxılışından əldə etdiyi məlumata əsasən xəbər verir ki, 2024-cü ildə ümumilikdə 20.706 nəfər əlavə təhsil üzrə qəbul olunub.
Əlavə təhsil dedikdə, artıq bir dəfə ali və ya orta ixtisas təhsili alan şəxsin ikinci dəfə təhsil almaq üçün yenidən imtahan verərək qəbul olunması nəzərdə tutulur.
Qəbul olunanların bölgüsü belədir:
- Bakalavr pilləsi üzrə – 16.653 nəfər
- Tam orta təhsil bazasında orta ixtisas – 3.952 nəfər
- Ümumi orta təhsil bazasında orta ixtisas – 101 nəfər
Maraqlıdır ki, magistraturaya bu məqsədlə qəbul aparılmayıb.
Bundan əlavə, “Tələbə-məzun” dövlət elektron sisteminə əlavə təhsil üzrə qəbul olan 3.156 nəfər barədə faktiki məlumat daxil edilib. Onların da böyük əksəriyyəti – 2.149 nəfəri bakalavr təhsil pilləsində yer alıb.
Rəqəmlər göstərir ki, vətəndaşların ikinci ixtisas qazanmağa marağı ilbəil artır. Bu tendensiya həm əmək bazarındakı dəyişikliklərin, həm də karyera yönümlü qərarların nəticəsi kimi dəyərləndirilə bilər.