Azedu.az

Avstraliyalı tələbələr ABŞ-də təhsildən imtina edir

Tələbələr

1 İyul 2025, 10:17
Avstraliyalı tələbələr ABŞ-də təhsildən imtina edir

Avstraliyada tələbələrin ABŞ-də mübadilə və doktorantura proqramlarına marağı azalıb. "The Australian" qəzetinin yazdığına görə, bu qərarın əsas səbəbləri arasında ABŞ-nin sosial media üzərindən apardığı geniş yoxlamalar, siyasi qeyri-sabitlik, vizalarda çətinliklər və yaşayış xərclərinin yüksəkliyi yer alır.

AzEdu.az xarici mənbələrdən aldığı məlumata əsasən xəbər verir ki, bəzi universitetlər artıq ABŞ ilə əməkdaşlıqdan çəkilərək Avropa və Asiya ölkələrindəki proqramlara üstünlük verirlər.

Ekspertlər bu tendensiyanı tələbələrin özəl həyatına müdaxiləyə qarşı həssas reaksiya kimi qiymətləndirirlər.

Beləliklə, Avstraliya tələbələrinin ənənəvi ABŞ yönümlü təhsil axını dəyişir və alternativ istiqamətlər güclənir.

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox