Azedu.az

Son 3 ildə Ukrayna və Rusiyaya təhsil axını kəskin azalıb

Tələbələr

Xaricdə Təhsil

30 İyun 2025, 15:08
Son 3 ildə Ukrayna və Rusiyaya təhsil axını kəskin azalıb

Dünyada baş verən müharibələr və geosiyasi gərginliklər təhsilə, xüsusilə də xaricdə təhsil imkanlarına öz təsirini göstərməkdədir. Bir çox tələbə artıq təhsil üçün seçimlərini dəyişmək məcburiyyətində qalır. Bəzi ölkələrdə təhlükəsizlik riskləri xaricdə təhsil almağa marağı azaldır, digərlərində isə bu maraq daha da artır.

Məsələ ilə bağlı fikirlərini AzEdu.az-a bölüşən əməkdar müəllim, sabiq deputat Sona Əliyeva bildirib ki, hələlik müharibələr tələbələrin xaricdə təhsil alma ehtimalını tamamilə məhdudlaşdırmır:

“Hazırda dünyanın ən aparıcı universitetlərinin yerləşdiyi ABŞ, Kanada, Böyük Britaniya və Almaniyada müharibə və savaş təhlükəsi yoxdur. Amma Şərqi Avropa və Rusiya haqqında bunu demək çətindir. Ukrayna və Rusiyaya təhsil almaq üçün gedənlərin sayında son üç ildə kəskin azalma müşahidə olunur. Həmçinin, İsrailə təhsil almaq üçün gedənlər də bir neçə dəfə fikirləşməli olurlar”.

S.Əliyeva qeyd edir ki, keyfiyyətli təhsil almaq istəyənlər daha çox Qərbi, Şimali və Cənubi Avropa ölkələrinə yönəlirlər:

“Ukrayna və Rusiyaya üz tutmaq istəyənlər seçimlərini Mərkəzi və Cənubi Avropaya dəyişirlər. Hətta bəziləri Polşa və Macarıstanı seçirlər. Baş verən bu geosiyasi hadisələr Azərbaycanda təhsil sisteminə çox az təsir göstərəcək. Hətta bu təsir 5 faizdən də aşağı olacaq”.

Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu
Son xəbərlərDaha çox