ABŞ Prezidenti Donald Trampın xarici tələbələrə qarşı sərt siyasəti hindistanlı ailələrdə narahatlıq yaradıb.
AzEdu.az xarici mənbələrdən aldığı məlumata əsasən xəbər verir ki vizaların dayandırılması, siyasi yoxlamaların sərtləşdirilməsi və universitetlərə təzyiqlər səbəbindən Hindistandan ABŞ-yə tələbə axını kəskin azalıb.
Təhsil məsləhətçisi Subash Devatwal bildirir ki, əvvəl ildə 100-dən çox tələbə ABŞ-yə göndərirdisə, bu il bu rəqəm 10-a enib. Valideynlər yüksək təhsil xərcləri və risklər fonunda övladlarını artıq daha təhlükəsiz sayılan İngiltərə, Almaniya və İrlandiyaya yönəldirlər.
Fulbright təqaüdçülərinin belə qeyri-müəyyənliklə üzləşməsi, təqaüdlərin ləğvi və sosial mediada özünü senzura halları tələbələr arasında təşvişi artırıb.