Azedu.az

Hindistanlı tələbələr daha çox Kanadaya üz tuturlar

Tələbələr

25 İyun 2025, 16:34
Hindistanlı tələbələr daha çox Kanadaya üz tuturlar

Hindistan və Kanada arasında diplomatik münasibətlərin yaxşılaşması hindistanlı tələbələr arasında xaricdə təhsilə marağı yenidən canlandırıb. Xaricdə təhsil sahəsində fəaliyyət göstərən platformaların məlumatına görə, Kanada kolleclərinə müraciətlərdə bu il 20-30% artım gözlənilir.

AzEdu.az-ın xarici mənbədən aldığı məlumata görə, bir müddət öncə baş verən diplomatik gərginlik fonunda Kanada universitetlərinə təhsil icazəsi almaq çətinləşmiş və müraciətlərin sayı əhəmiyyətli dərəcədə azalmışdı. Lakin son aylarda ikitərəfli münasibətlərdə baş verən irəliləyişlər nəticəsində, tələbələr təxirə salınmış ərizələrini yenidən aktivləşdirməyə başlayıblar.

Mütəxəssislər hesab edirlər ki, bu müsbət tendensiya gələcək rüblərdə də davam edəcək. Kanada, ABŞ-də daha sərt viza və immiqrasiya qaydalarının tətbiqi fonunda, hindistanlı tələbələr üçün daha cəlbedici bir istiqamətə çevrilməkdədir. ABŞ-i əsas seçim kimi görən tələbələrin bir çoxu, Tramp administrasiyasının siyasətləri səbəbindən Kanada alternativini nəzərdən keçirməyə başlayıblar.

İkitərəfli münasibətlərdə sabitliyin bərpası həm tələbələr, həm də valideynlər arasında inamı artırıb. Bu da öz növbəsində Kanada universitetlərinə marağın yenidən artmasına səbəb olub.

TƏCİLİ! Gərnginlik dayanmır - İran PUA-larla vurulur
Son xəbərlərDaha çox