Azedu.az

TTKF-yə nə qədər müraciət daxil olub? - RƏSMİ 

Tələbələr

21 İyun 2025, 11:49
TTKF-yə nə qədər müraciət daxil olub? - RƏSMİ 

Ötən gün Təhsil Tələbə Krediti Fonduna müraciət üçün qeydiyyat bitdi.

Bəs, görəsən, Fonda nə qədər müraciət daxil olub?

Mövzu ilə bağlı AzEdu.az Təhsil Tələbə Kredit Fonduna sorğu ünvanlayıb.

Fonddan sorğumuza cavab olaraq bildirilib ki, 2024/2025-ci tədris ilinin yaz semestri üzrə təhsil tələbə kreditlərinə müraciət dövrü artıq başa çatıb:

"Bu müddət ərzində Fonda məxsus elektron portala yaz semestri üzrə bu günədək 11122 müraciət daxil olub. Həmin müraciətlərdən 9900-u üzrə təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib ki, bu da tələbələrin kredit imkanlarından geniş şəkildə yararlandığını göstərir.

2024/2025-ci tədris ilinin yaz semestri üzrə rəsmiləşdirilmiş kredit müqavilələrinin 6607-si bakalavriat, 2539-u magistratura, 685-i orta ixtisas təhsili, 69-u isə peşə təhsili səviyyəsi üzrədir.

Qeyd etmək lazımdır ki, bu günədək bağlanmış 57000-dən artıq təhsil tələbə krediti müqaviləsinin 20500-dən çoxu yalnız 2024/2025-ci tədris ilinə aiddir ki, bu da ümumi göstəricinin təxminən 35 faizini təşkil edir.
Təhsil tələbə kreditləri üzrə müraciət dövrü başa çatsa da, daxil olmuş ərizələrin emal prosesi hal-hazırda davam etməkdədir".

İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU
Son xəbərlərDaha çox