Azedu.az

Qəbul planı artacaq daha dörd universitet - ADLAR

Tələbələr

Universitetlər

4 İyun 2025, 15:45
Qəbul planı artacaq daha dörd universitet - ADLAR

2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulu planına əsasən, ümumilikdə 60 489 yer ayrılıb. 

 

Bəs görəsən, bu il hansı universitetlərdə plan yerləri artacaq?

 

AzEdu.az mövzu ilə bağlı Sumqayıt Dövlət Universitetinə (SDU) sorğu ünvanlayıb. 

 

Sorğumuza cavab olaraq Sumqayıt Dövlət Universitetinin (SDU) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Rüstəmlilər Elgün qeyd edib ki, müasir əmək bazarının tələbləri və sürətlə inkişaf edən texnologiyalar nəzərə alınaraq, Sumqayıt Dövlət Universitetində informasiya texnologiyaları ilə bağlı ixtisaslar üzrə qəbul planında artım nəzərdə tutulub:

 

“Bu addım universitetimizin “rəqəmsal transformasiya və innovasiya yönümlü ali təhsil ocağı” konsepsiyasına uyğun olmaqla yanaşı, regionda İT mütəxəssislərinə olan tələbatın ödənilməsinə də xidmət edir. Eyni zamanda bu strategiya, universitetin elmi-texniki potensialının gücləndirilməsi və tələbələrin əmək bazarına daha hazırlıqlı şəkildə çıxışını təmin etmək məqsədi daşıyır.

 

Sumqayıt Dövlət Universiteti informasiya texnologiyaları sahəsində müasir laboratoriyaların qurulması, müəllim heyətinin peşəkar inkişafı və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində də fəaliyyətlərini davam etdirir”.

 

Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) verilən məlumata əsasən, qəbul plan yerləri artıbdır.

 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Media və PR bölməsinin rəhbəri Nicat Abdullayev qeyd edib ki, universitetdə (AzMİU) 2025–2026-cı tədris ili üçün bakalavriat səviyyəsində qəbul planı 2600 nəfər müəyyən edilib:

 

"Müqayisə üçün qeyd edək ki, bu göstərici ötən tədris ilində- 2024–2025-ci ildə 2470 nəfər təşkil edirdi. Beləliklə, qəbul planında artım müşahidə olunur.

 

Bu artım, ilk növbədə, universitetin ixtisaslarına olan artan marağın göstəricisidir. AzMİU ölkənin memarlıq və inşaat sahəsində ixtisaslaşmış yeganə ali təhsil müəssisəsi olaraq, əmək bazarının tələblərinə cavab verən mütəxəssislər yetişdirir. Universitetin keyfiyyətli tədris mühiti, güclü professor-müəllim heyəti və maddi-texniki bazasının müasir tələblərə uyğun inkişaf etdirilməsi nəticəsində abituriyentlər arasında AzMİU-ya olan maraq ildən-ilə artır.

 

Bundan əlavə, universitetin son illərdə həyata keçirdiyi islahatlar, beynəlxalq əməkdaşlıqlar, rəqəmsal transformasiya və tələbəyönümlü yanaşmalar da AzMİU-nun cəlbediciliyinin və imicinin yüksəlməsində mühüm rol oynayır. Qəbul planındakı artım həm də universitetin davamlı inkişaf strategiyasının bir göstəricisidir.

 

AzMİU olaraq, bizə göstərilən bu yüksək etimadı doğrultmaq üçün gələcəkdə də təhsil keyfiyyətinin yüksəldilməsi və innovativ yanaşmaların tətbiqi istiqamətində fəaliyyətimizi davam etdirəcəyik".

 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) verilən məlumata görə, universitetində bu il qəbul planında kiçik fərqlər olacaq:

 

"Belə ki, bakalavr pilləsi üzrə 350 plan yeri azaldılacaq, lakin magistratura təhsil səviyyəsi üzrə 500 plan yer artırılacaq".

Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?
Son xəbərlərDaha çox