Bakıda itkin düşən 14 yaşlı oğlan tapılıb.
AzEdu.az Oxu.Az-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, polisin keçirdiyi müvafiq tədbirlər nəticəsində məktəbli tapılaraq ailəsinə təhvil verilib.
***
Bakıda məktəbli oğlan itkin düşüb.
AzEdu.az xəbər verir ki, hadisə Suraxanı rayonunda baş verib.
Belə ki, 1986-cı il təvəllüdlü Olqa Əliyeva 2010-cu il təvəllüdlü oğlu Ömər Əliyevin itkin düşməsi ilə bağlı polisə müraciət edib.
Ö.Əliyev oktyabrın 28-də saat 15:30 radələrində təhsil aldığı 146 saylı orta məktəbi tərk edib və daha sonra övladından xəbər ala bilməyib.
Faktla bağlı araşdırılma aparılır.