Azedu.az

Daha bir tələbənin meyiti tapıldı - Bu dəfə dəm qazı... - FOTO

Tələbələr

28 Oktyabr 2024, 11:05
Daha bir tələbənin meyiti tapıldı - Bu dəfə dəm qazı... - FOTO

Bakıda 18 yaşlı tələbə dəm qazından həyatını itirib.

AzEdu.az Modern.az-a istinadən xəbər verir ki, Bakı şəhəri Səbail rayonunda Beyləqan rayon sakini 2006-cı il təvəllüdlü Ramal Cabir oğlu Hüseynovun yaşadığı mənzildən meyiti tapılıb.

O, Azərbaycan İdman Akademiyasının İdman menecmenti və kommunikasiya ixtisasının tələbəsi olub.

Faktla bağlı araşdırma aparılır. 

Xatırladaq ki,  Azərbaycan İdman Akademiyasının 4-cü kurs tələbəsi, 2003-cü il təvəllüdlü Siyəzən şəhər sakini Şaiq Elçin oğlu Məmmədovun da meyiti tapılıb. Onun meyiti Samur-Abşeron su kanalının Siyəzən rayonu ərazisindən keçən hissəsində aşkarlanıb.

 

1390789

 

ABŞ hərəkətə keçdi - Raketləri Rusiyanı BOMBALAYACAQ
Son xəbərlərDaha çox