"Almaniyada itkin düşdüyü deyilən Tamerlan Təhməzovun anası yayılan məlumatlarla razılaşmır".
AzEdu.az Lent.az-a istinadən xəbər verir ki, gənc oğlanın anası oğlunun itkin düşməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumat həqiqəti əks etdirmir.
Onun sözlərinə görə, oğlu Tamerlanla yaxın günlərdə telefon vasitəsilə əlaqə saxlayıb.
Qeyd edək ki, Tamerlan Təhməzov sabiq baş nazirin müavini Əli Təhməzovun oğludur.
12:11
Almaniyada yaşayan azərbaycanlı itkin düşüb.
AzEdu.az Lent.az-a istinadən xəbər verir ki, həmin ölkədə yaşayan həmvətənlərimiz məlumat veriblər.
Məlumata görə, Tamerlan Təhməzov Berlin şəhərində doktorantura üzrə təhsil alır. Bildirilir ki, bir neçə gündür o, itkin düşüb və ailəsi ondan xəbər ala bilmir.
Həmçinin qeyd olunub ki, son günlər onda psixoloji problemlər yaranıb və hətta yaşadığı yerə də getmir.
Onun tapılması üçün polisə müraciət edilib və hazırda tədbirlər görülür.