Azedu.az

Zaqatalada məktəbli qızı maşın vurdu

Tələbələr

8 Oktyabr 2024, 17:50
Zaqatalada məktəbli qızı maşın vurdu

Zaqatalada daha bir məktəblini maşın vurub.

AzEdu.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Suvagil kəndində qeydə alınıb.

Dərsə gedən 8 yaşlı Alina Məcidovanı maşın vurub.

Nəticədə ağır xəsarətlər alan şagird xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

ABŞ hərəkətə keçdi - Raketləri Rusiyanı BOMBALAYACAQ
Son xəbərlərDaha çox