Azedu.az

Əcnəbi tələbələrə pulsuz “ADAU məhsulları”

Tələbələr

10 Aprel 2020, 12:53
Əcnəbi tələbələrə pulsuz “ADAU məhsulları”

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) təhsil alan, tələbə evində yaşayan əcnəbi tələbələrə universitetin tədris-təcrübə təsərrüfatında, istixanada, quşçuluq tədris mərkəzində, heyvandarlıq kompleksində istehsal olunan pulsuz ekoloji təmiz tərəvəz, süd, quşçuluq məhsulları verilib.

 

Qeyd edək ki, cari tədris ilində universitetə rekord sayda əcnəbi tələbə qəbul olub və hazırda ADAU-da  Türkiyə, Rusiya, İran, Malayziya, Konqo, Gürcüstan, Somali və digər ölkələrdən  tələbələr təhsil alırlar.

 

ŞOK İDDİA! Putin rus deyil, 2 türk oğlu var
Son xəbərlərDaha çox