Onlayn dərslərdə iştirak etməyən tələbələrə qayıb qoyulmur.
AzEdu.az xəbər verir ki, bu barədə məlumatı Təhsil nazirinin müşaviri Elnur Məmmədov bildirib.
“Tələbələrdən xahiş olunur ki, məsafədən tədris prosesində fəal iştirak etsinlər və onlar üçün yaradılmış bu fürsətlərdən tam yararlansınlar. Eyni zamanda, bəzi tələbələrin İKT avadanlığına və tələb olunan rabitə keyfiyyətinə çıxışı yoxdur və buna anlaşıqlı yanaşaraq məsafədən tədrisə obyektiv səbəbdən qoşula bilməyən hər hansı tələbəyə qarşı cəza tədbiri nəzərdə tutulmayıb. Qısa desək, qayıb qoyula bilməz”.