Mütəaliə şagirdlərin intellektual inkişafı və ümumi təhsili üçün əhəmiyyətli rol oynayır. Mütəaliə həmçinin şagirdlərin fərqli mövzular üzrə biliklərini genişləndirir. Bu, onların dərslərində daha yaxşı nəticələr əldə etmələrinə, həmçinin dünyaya daha genişperspektivdən baxmalarına kömək edir.Mütəaliə, yalnız bilik əldə etmək üçün deyil, eyni zamanda şagirdlərin düşüncə tərzini formalaşdırmaq, problemi həll etmə bacarıqlarını artırmaq və şəxsi inkişaflarını təmin etmək üçün də əhəmiyyətlidir. Şagirdlərin mütaliyyə etməsi onların gələcək həyatında da faydalı olacaq bir sıra üstünlüklər gətirir. Mütəaliə şagirdlərin təhlil etmə, mühakimə yürütmə və nəticə çıxarma bacarıqlarını gücləndirir. Bu, onların dərslərdə daha dərin düşünmələrinə və məlumatları daha yaxşı başa düşmələrinə imkan yaradır.Müxtəlif mövzularda oxumaq, şagirdlərin yaradıcılığını artırır, münasibət qurmabacarığını inkişaf etdirir ki, buda onlara başqalarının düşüncə tərzini anlamağa kömək edir. Eyni zamanda, müxtəlif əsərləri oxumaq, şagirdlərin dil qabiliyyətlərini artırır, onlar yeni sözlər öyrənir, cümlə quruluşlarını və ifadə tərzlərini inkişaf etdirirlər. Bu, onların yazılı və şifahi ünsiyyət bacarıqlarını gücləndirir.
Bir sözlə, mütaliə şagirdlərin həm akademik, həm də şəxsi inkişafı üçün vacib vasitədir.
Təəssüf ki, son zamanlar ölkədə uşaq və gənclərdə oxumağa meyl azalmaqdadır. Bu günün uşaqları mütəaliə yerinə telefona və kompyuterdə videoyunlar oynamağı, sosial şəbəkələri izləməyi üstün tuturlar.
Azərbaycan dili və ədəbiyyat müəllimi Səmayə Şirinova deyir ki, bu gün şagirdlərdə mütaliə mədəniyyətinin formalaşdırılmasına çox böyük ehtiyac var. Bu günün şagirdlərinin kitaba, bədii əsərlərə marağı çox zəifdir:“Şagirdlərin çoxu bədii ədəbiyyata maraq göstərmirlər. Bu tendensiya bir sıra səbəblərdən qaynaqlanır. Müasir dövrünşagirdləri vaxtlarının çoxunu telefonda, sosial mediada, video oyunlarda və ya digər rəqəmsal platformalarda keçirirlər. Bu, bədii ədəbiyyata marağı azaldır, çünki müasir dövrün gənc nəsil üçün mətnlər əvəzinə qısa, sürətli və vizual məlumatlar daha cazibədardır.Rəqəmsal mühitdə daha çox qısa və sürətli məlumatlar təqdim olunduğu üçün onlar bədii əsərlərə vaxt ayırmaq istəmirlər. Müəllim olaraq mən üzərimə düşəni edir və şagirdlərə mütəaliəni təbliğ edirəm. Bədii əsərlər oxumağın vacib olduğunu bildirərək onların təbliğatını aparıram. Bu əsərlər internetdə elektron formada və daha əlçatandır. Amma görürəm ki, maraq göstərən azdır. Bir-iki nəfər. Bəhanə gətirirlər ki, dərslərə hazırlaşmaqdan bədii ədəbittat oxumağa vaxt çatmır. Fikrimcə, kitab oxumaq istəyən buna vaxt tapar. Saatlarla telefonda, kompyuter qarşısında, sosial şəbəkələrdə vaxt itirməkdənsə, onun bir saatını mütəaliyəyə sərf etmək olar”.
9-cu sinif şagirdi Aylin Ağazadənin sözlərinə görə, günün bir hissəsini məktəbdə, qalan hissəsini isə dərslərə, hazırlıqlara sərf edir. Bu səbəbdən də mütaliəyə vaxt qalmır: “Bu gün yuxarı sinif şagirdlərinin çoxu bütün vaxtlarını dərs oxumağa, hazırlaşmağa ayırırlar. Nəinki kitab oxumaq, heç normal dincəlməyə də vaxt qalmır. Aşağı sinifdə oxuyanda çox mütaliə edirdim. Amma indi kitab oxumağa vaxtım olmur”.
10-cu sinif şagirdi Əkrəm Osmanov bildirib ki, o, kitab oxumaqdansa, film izləməyə üstünlük verir: “Mənim kitab oxumağa nə marağım var nə də həvəsim. Bir iki dəfə cəhd etmişəm. Amma alınmayıb, yarımçıq qalıb. Kitab oxumaq məni yorur. Mütəaliyə etməkdənsə film izləməyə üstünlük verirəm.Sinif yoldaşlarımın çoxu, əsasən də oğlanlar mən fikirdədirlər. İndi kitabı ancaq qızlar oxuyur. Onların da hamısı yox, bəziləri”.
Əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyir ki, mütəaliə, insanın dünyagörüşünü genişləndirir, yeni məlumatlar öyrənməyə və mövcud bilikləri dərinləşdirməyə kömək edir. Mütəaliə insanın analitik və tənqidi düşünmə bacarıqlarını gücləndirir. Kitab oxumaq, oxucuya fikirlərni izah etməyə, mətnlərdən nəticə çıxarma, əlaqələr qurma və öz düşüncələrini düzgün ifadə etmə bacarıqları qazandırır. Bədii ədəbiyyat oxumaq, fərqli insanların, mədəniyyətlərin və həyat təcrübələrinin daha yaxşı başa düşülməsini təmin edir. Müxtəlif personajların həyatına daxil olaraq münasibət qurma bacarığı güclənir və sosial münasibətlərdə daha müsbət yanaşmalar əldəedilir: “Mən diqqət etmişəm. Mütaliə edənlər öz ağıl və bilikləri, karyera inkişafı ilə həmişə başqalarından fərqlənirlər. Tez-tez roman oxuyan şəxslər başqa insanları daha yaxşı anlayır və onlarla anlaşa bilirlər. Hekayə oxuyan uşaqlar daha iti zehnli olur və digər insanları daha çevik anlayırlar. Mütəaliə insanın yaradıcı düşünmə qabiliyyətini artırır. Xüsusilə bədii əsərlər, oxucunun yeni dünyalar yaratmaq və fərqli perspektivlərdən düşünmək bacarıqlarını inkişaf etdirir. Kitab oxumaq, insanın gündəlik həyatda qarşılaşdığı stresləri azaltmağa kömək edir. Bədii və ya maraqlı mövzularla məşğul olmaq, oxucunu gündəlik narahatlıqlardan uzaqlaşdırır və zehni rahatlaşdırır. Kitabsevər, mütaliəçi insanlar boş vaxtlarını oxumağa sərf edir. İmkan tapan kimi kitab oxuyur. Bu səbəbdən də belə insanların zərərli vərdişləri də olmur”.
Ş.Əsgərovun dediyinə görə, mütaliə zamanı düzgün kitab seçimi xüsusilə diqqət etmək lazımdır: “Uşaq təfəkkürü hələ tam formalaşmadığından onlara oxuma vərdişi aşılamaqla düzgün istiqamət vermək zəruridir. Bilmək lazımdır ki, uşağın mütaliəsi onun gələcək həyatında böyük rol oynayır. Uşaqlıqda oxunan bir kitab bütün ömrü boyu insanın hafizəsində qalır və onun fərd kimi sonrakı inkişafına da təsir göstərir. Bu səbəbdən kitab seçimi xüsusi əhəmiyyət kəsb edir. Uşaqlara özlərinin yaş və biliklərinə, psixologiyalarına, sosial inkişafına və maraqlarına uyğun, əxlaqi, milli-mənəvi və bəşəri dəyərlər aşılayan, zehnini, xəyal gücünü və yaradıcılığını inkişaf etdirən kitabları tövsiyə etmək lazımdır. Bilmək lazımdır ki, səhv seçilən kitablar uşaqlarımızı başqa kitablardan da soyuda bilər. Ona görə tövsiyə siyahılarına əxlaqi keyfiyyətlər, milli və bəşəri dəyərlər aşılayan əsərlərin daxil edilməsi uşaqların şəxsiyyət kimi formalaşması baxımından çox önəmlidir və bu məsələlər həmişə diqqət mərkəzində saxlanılmalıdır".
Professor qeyd edib ki, şagirdlərin bədii ədəbiyyata maraq göstərməməsinin əsas səbəbi rəqəmsal texnologiya və sosial mediadır. Müasir texnologiya vasitələri, internet insanları məlumatlandırmaq baxımından nə qədər aktual olsa da, heç bir vasitə kitab qədər insanın mənəviyyatını zənginləşdirə bilməz. Ən dərin bilik, elmi dünyagörüşü məhz mütaliə yolu ilə yaranır. Buna görə də şagirdlərin daim mütaliə etməsi, dərin məzmunlu bədii əsərlər oxuması vacibdir. Bədii ədəbiyyat oxumağa həvəsin azlığı müasir dövrün şagirdləri arasında geniş yayılmış bir problem olsa da, düzgün yanaşmalarla bu problemin öhdəsindən gəlmək mümkündür. Şagirdlərin yaşına və maraqlarına uyğun kitabların seçilməsi, mütaliənin əyləncəli, maraqlı hala gətirilməsi, müasir texnologiyalarla əlaqələndirilməsi, motivasiya edici müzakirələr və valideyn, müəllimlərin nümunəvi davranışları, şagirdlərin bədii ədəbiyyata olan marağını artırmağa kömək edə bilər: “Hər şagirdin oxumaq istədiyi mövzular fərqlidir. Bəziləri elmi və ya texniki mövzulara daha çox maraq göstərir, digərləri isə bədii ədəbiyyatdan çox qeyri-adi həyat hekayələrini və ya müasir gənclərin yazdığı əsərləri üstün tuturlar.Şagirdlərə maraqlı və onların yaşına uyğun kitablar təqdim etmək vacibdir. Məsələn, gənclər üçün yazılmış müasir romanlar, fantaziya, macəra və detektiv janrları daha cəlbedici ola bilər. Əgər şagirdlər bədii ədəbiyyatla maraqlanırlarsa, onlara oxuyacaqları kitablar barədə danışmaq, müzakirə etmək onların marağını artırar. Kitab oxumağı müasir texnologiya ilə əlaqələndirmək faydalı ola bilər. Məsələn, bədii əsərlərin filmləri və ya serialları ilə müqayisə edilməsi, müasir həyatın mövzuları ilə əlaqəli müzakirələr şagirdlərin ədəbiyyata olan marağını artıra bilər. Kitablar haqqında müzakirələr və açıq dərslər şagirdlərə daha dərindən düşünmək imkanı verir. Onların kitabdan nə öyrəndiklərini, əsərdəki mövzuları və personajları necə anladıqlarını bölüşmələri onlarda daha çox həvəs yaratmaqla mümkündür. Müəllimlər və valideynlər özləri bədii ədəbiyyatı oxuyub şagirdlərə nümunə göstərməli və kitab oxumağın əhəmiyyətini vurğulamalıdır. Şagirdlər ətraflarında kitab oxuyan və bədii ədəbiyyatın dəyərini anlayan insanlar görsələr, bu onlara da motivasiya verə bilər. Onlara bədii ədəbiyyatın həyatlarına olan müsbət təsirini izah etmək çox vacibdir. Kitab oxumaq onlara daha geniş dünyagörüşü, daha güclü dil bacarıqları, kritik düşünmə qabiliyyəti və sosial bacarıqlar qazandırır. Bu faydaları onlara izah edərək, oxumağa həvəsləri artırıla bilər”.
Bu gün bədii əsərlərdən uzaq düşən şagirdlər müstəqil danışmaq və yazmaq bacarıqlarını da itirirlər. Ona görə ki, bədii əsər oxumayan şagirdin lüğət tərkibi də kasad olur. Onlar danışanda çətinlik çəkir, fikrini ifadə etmək üçün sözlər tapa bilmir. Bir sözlə, şagirdin şifahi nitqi qüsurlu olur. Bədii əsər oxumayan şagirdin bədii zövqü zəif olduğundan yazı mədəniyyəti də qüsurlu olur. Fikrini yazılı şəkildə ifadə edə bilmir. Bədii zövq olmadan şagird fikrini bədii şəkildə ifadə edə bilməz. Mütəaliənin uşaqların təlim-tərbiyəsində rolu əvəzsizdir. Hörmət, mərhəmət, xeyirxahlıq, ədalət, ləyaqət, mərdlik və s. kimi insanidəyərlərin təbliğatçısı məhz kitablardır. İgidliyi, qəhrəmanlığı, vətənpərvərliyi təbliğ edən əsərləri oxuyan uşaq məhz bu ruhdayetişir, formalaşır.
Tanınmış yazıçı-tərcüməçi Kamran Nəzirlinin sözlərinə görə, məktəbli yalnız ədəbi əsərlər vasitəsilə anlaya bilər ki, həyatda gördüklərindən də fərqli şeylər, fərqli hisslər və düşüncələr ola bilər: "Ədəbi əsərlər müxtəlif xarakterli nümunələr gətirir, həyatı, yaşamağı, münasibətləri yüngülləşdirir, ağırlaşdırmır. Məktəbli bu əsərlərdə həyatın müxtəlif tərəflərini görür, müxtəlif obrazlar, mədəniyyətlər, dövrlərlə tanış olur, təəssüratlarla yaşayır. Mütaliə, müəyyən intellekti, erudisiyası olan uşaqların mübarizə əzminin yüksəlməsinə xidmət edir”.
Yazıçının fikrincə, ədəbiyyat fənninin vəzifəsi çox mürəkkəbdir. Müəllimin hazırlıq səviyyəsindən də çox şey asılıdır. O, peşəkarlıqdan savayı, həssas olmalıdır, uşaqla ünsiyyət qurmaqda maraqlı olmalıdır və o qədər mütaliəli olmalıdır ki, öz oxuduğu əsərlərə qarşı məktəblidə də maraq oyada bilsin.
Naşir, yazıçı və tərcüməçi Şahbaz Xuduoğlubildirib ki, insan mütaliə etməklə daha çox biliklər qazanır: “Şagirdlər kitab oxumaqdan çəkinməməlidirlər. Ola bilər ki, əvvəlcə maraqsız görünsün, amma sonrakı səhifələrdə mahiyyət anlaşılacaq. Kitablar insanın fikrini formalaşdırır və insana mədəni qida verir. Kitab insanı daha böyük edir. Dünya məhz kitab çapından sonra dəyişib, inkişaf edib”.
Nərmin Qarazadə