Azedu.az

Təhsil tələbə kreditinə müraciət edən qızlar və oğlanların STATİSTİKASI

Tələbə və şagird

Universitetlər

25 Mart 2025, 15:20
Təhsil tələbə kreditinə müraciət edən qızlar və oğlanların STATİSTİKASI

Gənclər üçün təhsil almaq vacib və zəruri olsa da, ali məktəbdə oxumaq bəzən maliyyə baxımından çətinlik törədə bilər.

 

Buna görə də tələbələr təhsil tələbə kreditindən faydalanmağa üstünlük verirlər.

 

Maraqlıdır, yanvardan etibarən bu günü qədər neçəsi qız, neçəsi oğlan tələbə təhsil kreditindən yararlanıb?

 

Mövzu ilə bağlı AzEdu.az Təhsil Poralı olaraq Tələbə Təhsil Kredit Fonduna (TTKF) sorğu ünvanladıq.

 

Sorğumuza cavab olaraq bildirilib ki, 2024/2025-ci tədris ilinin yaz semestri üzrə təhsil tələbə kreditinə müraciət artıq 17 fevral tarixindən başlayıb. Yaz semestri üzrə təhsil tələbə krediti əldə etmək üçün Fonda məxsus elektron portala 6271 müraciət daxil olmuş, 4364 təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib.

 

Fonddan verilən məlumata görə, təhsil tələbə kreditinə fevral ayından bugünkü günə qədər bakalavriat səviyyəsi üzrə 3933, magistratura səviyyəsi üzrə isə 1665 müraciət edilib:


"Statistikaya əsasən yaz semestri üzrə təhsil tələbə kreditlərinə edilən müraciətlərin gender nisbəti kişi cinsi üzrə müraciət sayı 2164  (34.5 %), qadın cinsi üzrə müraciət sayı 4107 (65.5%) dir.

Azərbaycanlılar ayağa qalxdı - Urmiyada baş verənlərə Bakıdan reaksiya
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox