Azedu.az

Yeni tədris proqramı: Məzunların iş tapmaqda üstünlükləri olacaq?

Tələbə və şagird

Universitetlər

28 Fevral 2025, 09:22
Yeni tədris proqramı: Məzunların iş tapmaqda üstünlükləri olacaq?

Xəbər verdiyimiz kimi, ali məktəblərdə yeni tədris proqramları hazırlanacaq. Bundan öncə də yeni ixtisasların yaradılacağı müzakirə olunmuşdu.

 

Bəs görəsən, yeni ixtisasların yaradılması, yoxsa tədris proqramlarının yenilənməsi daha faydalı olacaq?

 

Təhsil məsələləri üzrə mütəxəssis, UNEC Biznes Məktəbinin direktor müavini Vüsal Kərimli AzEdu.az-a açıqlama verib.

155784

 

Təhsil proqramlarını yeniləyərkən maraqlı tərəflərin hər birini cəlb etməli və əmək bazarını dəqiqliklə öyrənməliyik:

 

“Yeni ixtisasların açılması gündəmimizdədir. Bu plan üçün müəyyən işlər görülür. Lakin yenilərin açılması əvvəlki ixtisasların “lazımsız” olduğu mənasına gəlmir. Ümumiyyətlə dünyada və ölkəmizdə lazımsız ixtisas yoxdur, sadəcə keyfiyyətsiz tədris aparılan ixtisaslar mövcuddur. Baxırsan ki, eyni ixtisası fərqli universitetlər təklif edirlər. Bir və yaxud iki universitetin məzunları öz sahələri üzrə iş tapa bilmədiyi halda, digər təhsil müəssisəsinin eyni ixtisas tələbələri daha yaxşı işdə işləyir, hətta özləri də sahibkara çevrilirlər. Düşünürəm ki, biz yeni ixtisas açmaqla yanaşı, mövcud ixtisasların təhsil proqramlarının yenidən hazırlanmasına diqqət etməli, proqramlar hazırlanan zaman maraqlı tərəflərin hər birini cəlb etməli və əmək bazarını dəqiqliklə öyrənməliyik.

 

Ümumiyyətlə təhsilin nəticələrini görmək üçün uzun müddət tələb olunur. Əsas odur ki, biz ali təhsil müəssisələrindəki ixtisaslara maraqlı tərəfləri, biznes sektorunu cəlb edə bilək. Burada təkcə dövlət orqanları və qurumları deyil, eyni zamanda özəl şirkətlər də iştirakçı olmalıdırlar. Bu addımlar təhsil sisteminə müsbət təsir edə biləcək amillərdir.

 

Təhsil proqramlarının hazırlanmasında mərkəzləşmədən qaçıb, ali təhsil müəssisələrinin öhdəliyinə verməyimiz daha faydalı nəticələr doğurar. Hesab edirəm ki, vahid yanaşma universitetlər arasında rəqabət mühitini formalaşmasına mane olur. Kimin proqramı daha yaxşıdırsa, onun məzunu rahat və tez iş tapıb, sahibkara çevriləcək. Dünyanın ən yaxşı universitetlərində də bu tendensiya belədir. Məsələn: Stanford və Harvard universitetlərində eyni ixtisas üzrə vahid təhsil planı yoxdur”.

Bu ölkələr Ermənistanı silahlandırmağa başladı
Son xəbərlərDaha çox