Azedu.az

Gəncədə tələbə sevdiyi qıza görə sirkə turşusu içib - YENİLƏNİB

Tələbə və şagird

Universitetlər

16 Yanvar 2025, 10:43
Gəncədə tələbə sevdiyi qıza görə sirkə turşusu içib - YENİLƏNİB

Yanvarın 16-da saat 04:30 radələrində 2004-cü il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxanaya hospitalizasiya olunub.

AzEdu.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

"Dəqiqləşdirilməmiş sirkə turşusundan zəhərlənmə diaqnozu ilə tibb müəssisəsinin Reanimasiya şöbəsində müalicəsi davam etdirilən şəxsin vəziyyəti ağır qiymətləndirilir", məlumatda deyilir.

 

09:48

 

Gəncədə zəhərlənmə hadisəsi baş verib.

AzEdu.az xəbər verir ki, hadisə şəhərin Ozan küçəsində qeydə alınıb.

Belə li Sumqayıt şəhər sakini 2004-cü il təvəllüdlü T.Məhərrəmov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ona dərhal yardım göstərilsə də vəziyyətinin ağır olduğu bildirilir.

T.Məhərrəmovun Azərbaycan Dövlər Aqrar Universitetinin tələbəsi olduğu qeyd edilib. Onun sevdiyi qıza görə, sirkə turşusu içdiyi bildirilir.


Faktla bağlı araşdırma aparılır.

Bu ölkələr Ermənistanı silahlandırmağa başladı
Son xəbərlərDaha çox