2024-cü ilin bitməyinə çox az bir müddət qalıb. Bu il ali məktəblərdə təəssüf ki, tələbələrin müxtəlif səbəblərdən dünyasını dəyişdiyi xəbərlər də yer aldı.
Görəsən, bu il neçə tələbə vəfat edib?
Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı olaraq universitetlərə sorğu ünvanladıq.
Sorğumuza cavab olaraq Azərbaycan Texniki Universitetdən (AzTU) bildirilib ki, bu il 5, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 2, Mingəçevir Dövlət Universitetinin (MDU) 1, Bakı Avrasiya Universitetinin (BAAU) 1, Bakı Mühəndislik Universitetinin (BMU) 1, Sumqayıt Dövlət Universitetinin (SDU) 3, Azərbaycan Texnologiya Universitetinin 1, Bakı Dövlət Universitetinin (BDU) 10, Azərbaycan Tibb Universitetinin (ATU) isə 1 tələbəsi vəfat edib.
Məlumat üçün bildirək ki, siyahıda yer almayan Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU), Qərbi Kaspi Universiteti, Lənkəran Dövlət Universiteti (LDU) və Azərbaycan Universitetində (AU) tələbə vəfatı olmayıb.