Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən keçirilən Lütfi Zadə adına Məktəblilərarası Məntiq Olimpiadasının final mərhələsində 14 paytaxt məktəblisi qalib olub.
AzEdu.az xəbər verir ki, bu barədə “Azərbaycan müəllimi”nə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, onlardan 4 nəfər qızıl, 5 nəfər gümüş, 5 nəfər isə bürünc medalın sahibi olub.