Azedu.az

"Hazırlıq kurslarının fəaliyyəti mütəmadi olaraq yoxlanılmalıdır"

5 Dekabr 2024, 15:13
"Hazırlıq kurslarının fəaliyyəti mütəmadi olaraq yoxlanılmalıdır"

"Hazırlıq kursları Elm və Təhsil Nazirliyi ilə razılaşdırılaraq dövlət lisenziyası almalı, fəaliyyətləri həm vergi, həm də xidmət növü baxımından mütəmadi olaraq yoxlanılmalıdır".

 

Bu sözləri AzEdu.az-a təhsil eksperti Ramin Nurəliyev deyib.

150531

Ekspert bildirib ki, əsas problemlərdən biri insanların çox zaman öz ixtisasları üzrə çalışmaması və ya buna diqqət yetirilməməsidir. Bu da bəzi ixtisas sahiblərinin işsiz qalmasına səbəb olur:

 

"Pedaqoji ixtisası olmayan müəllimin fəaliyyətindən narazı qalan valideyn, həmin müəllimin hazırlığından övladını çıxarmaq hüququna malikdir. Eyni zamanda, ödədiyi məbləğin geri qaytarılması ilə bağlı məhkəməyə müraciət edib, iddia qaldıra bilər. Fikrimcə, belə bir vəziyyətdə məhkəmə çox vaxt valideynin tərəfində olacaq. Çünki müəllim öz ixtisası üzrə fəaliyyət göstərmədiyi üçün məhkəmə qərarları iddiaçının lehinə olur. Ümumiyyətlə, kursların bu cür hallara qarşı yoxlanılması vacibdir. Kurslar Elm və Təhsil Nazirliyi ilə razılaşdırılaraq dövlət lisenziyası almalı və fəaliyyətləri həm vergi, həm də xidmət növü baxımından mütəmadi olaraq yoxlanılmalıdır".

 

Ramin Nurəliyev qeyd edib ki, hər bir şəxs öz ixtisası üzrə əmək fəaliyyətinə cəlb olunmalıdır:

 

"Bu, həm özəl, həm də dövlət təşkilatlarına aiddir. Lakin əsas problemlərdən biri odur ki, çox vaxt insanlar öz ixtisasları üzrə çalışmırlar. Bu da bəzi ixtisas sahiblərinin işsiz qalmasına səbəb olur. Məsələn, "Biznesin idarə olunması" ixtisası şirkət idarəçiliyi üzrə mütəxəssis hazırlamaq məqsədilə tədris edilir. Amma bizdə bu ixtisasa kifayət qədər əhəmiyyət verilmir. Halbuki xarici ölkələrdə bu sahə üzrə təhsil alan bir şəxs yüksək səviyyədə şirkət idarə edə bilir".

Şok açıqlama - İran hər an vurula bilər
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox