Azedu.az

"Ölkəmizdə xarici dillər yanlış tədris edilir" -  Doğru metodlar hansılardır?

28 Noyabr 2024, 13:59
"Ölkəmizdə xarici dillər yanlış tədris edilir" -  Doğru metodlar hansılardır?

Bu gün məktəblərdə 1-ci sinifdən, 11-ci sinfə kimi xarici dil fənni tədris olunur. Bundan əlavə, valideynlər övladlarının dil biliyini inkişaf etdirmək üçün daha kiçik yaşlardan müxtəlif dil kurslarına göndərirlər. Ali təhsil müəssisələrində də tələbələrə xarici dil tədris edilir. Ancaq bunlara baxmayaraq bu gün işə qəbul mərhələsində ilk verilən, "Xarici dil bildiyiniz varmı?" sualı cavabsız qalır.

 

İnsanların təhsil aldıqları müddətdə - 20 il ərzində xarici dil biliyini yüksək səviyyədə bilməməsinin səbəbi nədir? Burada əsas problem doğru olmayan tədris üsulları ola bilərmi?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Kembric Universiteti CELTA sertifikatlı, İngilis dili müəllimi, Vüqar Məmmədov qeyd edib ki, məktəblərdə 11 il ərzində yalnız xarici dil haqqında qrammatik biliklər öyrədilir:

150082

“Dil öyrənilməsi və mənimsənilməsi iki fərqli anlayışdır. Dilin öyrənilməsi prosesindən əvvəl, o, mənimsənilir. Məsələn, kiçik bir uşaq heç bir xüsusi təhsil almadan öz ana dilində rahatlıqla danışa bilir. Bu proses "dilin mənimsənilməsi dövrü" adlanır.

 

Dilin öyrədilməsi isə məktəbdə başlanır. Lakin biz dil öyrənməyə başladığımız zaman, əslində, əvvəlcə dilin mənimsənilməsi prosesi keçirilməlidir, ancaq çox vaxt birbaşa dil öyrədilməsinə başlanır”.

 

Müsahibimiz qeyd edib ki, müəllimlər təhsilalanlardan qrammatik qaydaları, gündəlik 50-100 yeni söz əzbərləmək və testlərdən istifadə etməyi tələb edir. Bu metodla ən yaxşı halda yalnız xarici dildə oxumağı və tərcümə etməyi bacarırıq:

 

“Məktəblərdə 11 il ərzində yalnız xarici dilin qrammatik qaydaları öyrədilir, universitetlərdə isə bu proses yalnız akademik şəkildə davam etdirilir.

 

Bu gün hər bir müəllim dərsləri Azərbaycan dilində deyil, tədris etdiyi xarici dildən keçməli və dərsi daha kreativ şəkildə təqdim etməlidir ki, dərsin keyfiyyəti artsın. Bunun üçün müəllimlər beynəlxalq kurslarda iştirak etməlidirlər. Müəllim təhsilə başlayanlara “Bu gün qrammatik mövzunu keçəcəyik” deməməlidir. Ümumiyyətlə, təhsilalanların növbəti dərsin hans mövzuda olacağını bilməsi doğru deyil. Müəllim mövzunu elə izah etməlidir ki, dərsin sonunda tələbə artıq bu mövzunu mənimsədiyini hiss etsin.

 

Hazırda tələbələrə verilən “Reading” tapşırıqlarında müşahidə edirik ki, tələbələr mətni əzbərləyib gəlirlər. Halbuki "Reading"in işlənmə qaydaları mövcuddur. Təəssüf ki, müəllimlərin əksəriyyəti bunu bilmir”.

Şok açıqlama - İran hər an vurula bilər
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox