Tələbələrin bir çoxunun problemləri demək olar ki, eynidir. Müşahidələr zamanı görürük ki, onlar əsasən iş tapmaqda çətinlik çəkirlər. Bildirirlər ki, işəgötürən şirkətlər tələbə olduqları üçün onları işçi kimi götürməyə üstünlük vermirlər.
Bu qanunla doğrudurmu?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Milli Məclisinin Mədəniyyət Komitəsinin sədr müavini Fazil Mustafa bildirib ki, Əmək Məcəlləsinə əsasən tələbələrin işləməsinə hər hansısa bir maneə yoxdur:
“Qanunla tələbələr işləyə bilərlər. Onlar dərsdən əlavə vaxtlarında işləmək istəyirlərsə, bu prosesə əngəl olmaq olmaz. Sadəcə ayrı-ayrı işəgötürənlər özləri tələbələri işə götürməkdən imtina edirlər. İşəgötürən şirkətlər qanunun hansısa bir maddəsinə istinad edərək, tələbələri işçi kimi götürməkdən məqsədyönlü şəkildə yayınırlar. Bu baxımdan məsələnin hüquqi aspektləri həmin şirkətlərə qanuni yolla izah edilməlidir”, - deyə millət vəkili qeyd edib.