Bəzən abituriyentlər ali məktəbə ödənişli əsaslarla qəbul olduğuna görə, təhsil almaqdan imtina edirlər. Buna səbəb isə təbii ki, maddi vəzityyətin aşağı olmasıdır. Dövlət tərəfindən bu məsələnin həlli üçün Təhsil Tələbə Krediti yaradılsa da, bir çox ailə bundan xəbərsizdir. Yaxud da tələbənin ortalaması aşağı olduğuna görə, bundan faydalana bilmir.
Universitetlərin özləri təhsil haqqında tələbələrə güzəşt edə bilərmi?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev bildirib ki, bu məsələyə dair tələbənin ailə və sosial vəziyyəti nəzərə alınaraq müəyyən güzəştlər tətbiq oluna bilər.
“Lakin güzəşt tətbiq olunmadığı təqdirdə tələbə ya daha yaxşı çalışmalı, ya da təhsilini dayandırmalıdır. Burada məsuliyyət tələbənin üzərinə düşür. Məsələn, abituriyent sosial vəziyyətin pis olduğunu əsas gətirərək dərslərini yaxşı oxumayıb, tənbəllik edib və nəticədə ödənişli ixtisasa qəbul olub. O, sonra düşünür ki, təhsil haqqını ödəyə bilməyəcək və buna görə də təhsilini dayandırır.
Bu kimi halların qarşısını almaq üçün tələbələr abituriyentlik dövründə daha çox çalışmalı və dövlət sifarişi əsasında təhsillərini davam etdirməlidirlər. Ən azından bu istiqamətdə səy göstərməlidirlər.
Yenə də qeyd etmək lazımdır ki, müəyyən güzəştlər tətbiq oluna bilər. Lakin, məsələn, orta illik təhsil haqqı 2000 AZN olan bir ixtisasda dövlət 30% güzəşt etsə, ödəniş 1700 AZN olsa da, bəzi tələbələr üçün bu məbləği ödəmək mümkün olmaya bilər”.