Azedu.az

Təhsil və sosial həyat: Tələbələrin vaxtını effektiv idarə etmə YOLLARI

Tələbə və şagird

19 Noyabr 2024, 13:19
Təhsil və sosial həyat: Tələbələrin vaxtını effektiv idarə etmə YOLLARI

Bir çox tələbə hesab edir ki, universitet və ya magistratura təhsilini fərqlənmə diplomu ilə bitirsin deyə gecə-gündüz sadəcə oxumalı, bütün fəaliyyətlərini yalnız dərs üzərində planlaşdırmalıdırlar. Belə olduğu halda onlar tələbəlik illərini faydalı keçirə bilmir, yalnız dərslərə fokuslanırlar.

 

Bəs təhsilalanlar necə etməlidirlər ki, tələbəlik illərində həm sosial həyatlarından, həm də dərslərindən geri qalmasınlar?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elnur Hacıyev qeyd edib ki, tələbələr bütün fənlər yerinə, daha çox ixtisas fənlərinə fokuslansa, sosial həyatlarına vaxt ayıra bilərlər:

 

“Tələbə təhsilinə tam fokuslanaraq yüksək akademik nəticələr əldə edə bilər. Lakin bu tələbələr sosial tərəfdən həyatlarından zövq ala bilmirlər. Əslində, hər iki fəaliyyət tarazlansa yaxşı olar. Bunun üçün tələbələr məsuliyyətli olmalı, vaxtlarını düzgün idarə etməyi bacarmalıdırlar. Məsuliyyətlə yanaşıldıqda tələbə həm sosial həyatda aktiv ola bilər, həm də yaxşı akademik nəticə göstərə bilər.

 

Tələbələr gündəlik və həftəlik planlar tərtib edərək dərslərə ayıracaqları vaxtla və istirahət üçün olan vaxtı dəqiq müəyyənləşdirə bilərlər. Hər fəndə mütləq əla nəticə əldə etmək yerinə, əsas ixtisas fənlərində yüksək nəticələrə fokuslanıb, qənaət etmək daha məqsədəuyğundur.

 

Tövsiyəm odur ki, tələbələr universitetin təşkil etdiyi tədbirlər, konfranslar və ya karyera inkişafına yönəlmiş fəaliyyətlərdən faydalansınlar. Müsbət enerjili dostlarla birlikdə dərs oxumaq və vaxt keçirmək daha səmərəlidir”.

 

Ekspert vurğulayıb ki, birlikdə həm öyrənmək, həm də əylənmək tələbə həyatını daha maraqlı və yaddaqalan edir:

 

“Düzgün qidalanma, idman və kifayət qədər yatmaq tələbə həyatı üçün önəmli fatorlardır. Təhsilanlar hər iki tərəfi düzgün tənzimləyə bilsə, tələbəlik illərini xoş xatirələr və təcrübələrlə dəyərləndirə bilərlər”.

Şok açıqlama - İran hər an vurula bilər
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox