Azedu.az

Deputat: Tələbələr təcrübə müddətinə ötəri baxmamalıdırlar

Tələbə və şagird

8 Oktyabr 2024, 10:19
Deputat: Tələbələr təcrübə müddətinə ötəri baxmamalıdırlar

“Tələbələr universitetdə verilən təcrübə müddətinə ciddi yanaşmalıdırlar”

 

Bu sözləri AzEdu.az-a açıqlama verən deputat Fazil Mustafa qeyd edib.

146577

Onun sözlərinə görə, tələbələrin təcrübə müddəti onların ixtisaslaşması üçün vacibdir.

“Məsələn hüquqşünaslıq fakültəsinin tələbəsi hüquq-mühafizə orqanlarında, məhkəmədə təcrübə keçməməsi, gələcəkdə həmin tələbənin hazırlıq səviyyəsinə, praktik bilgisinə öz mənfi təsirini göstərmiş olar. Yaxud Azərbaycan Tibb Universitetinin tələbəsi normal praktika keçməsə, həmin şəxsin peşəkarlığı sual altında olacaq.

Bu da öz növbəsində tələbənin yaxşı bir mütəxəssis kimi yetişməsinə mane olur. Bütün məsələlərə bu kontekstdən baxılmalıdır. Həmçinin, biz universitetdə olan təcrübə müddətinə formal bir məşğuliyyət, vaxt öldürmək kimi baxmamalıyıq.

Təcrübə müəssisələri əgər hansısa bir şəkildə tələbələri praktikaya götürürlərsə, ilk növbədə bunun üçün mütləq real təminatı həyata keçirməlidirlər. İmkan yaratmaq lazımdır ki, tələbələr öyrənmək üçün can atsınlar. Bu onların həm özləri, həm də gələcəkləri üçün də vacibdir”.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox