Azedu.az

Universitetlərə qəbul imtahanları ildə 2 dəfə keçirilsin - TƏKLİF

Tələbə və şagird

Universitetlər

Maraqlı

Müəllimlər və elm adamları

12 Sentyabr 2024, 14:27
Universitetlərə qəbul imtahanları ildə 2 dəfə keçirilsin - TƏKLİF

Ali məktəblərə qəbul ildə  I və II cəhd olmaqla keçirilir. Müşahidələrimiz zamanı görürük ki, qəbul ola bilməyənlərin bir qismi ya xaricə üz tutur, ya da əsgərliyə gedir. Bu zaman isə təhsil almaq istəyən gəncləri itiririk.

Təhsili hər kəs üçün əlçatatan etməkdən ötürü hansı dəyişikliklərə getmək olar?

Təhsil üzrə mütəxəssis Vüsal Kərimli AzEdu.az-a açıqlamasında bildirib ki, ali məktəblərə qəbul ildə 2 dəfə keçirilməlidir:

Açıklama yok.

“Dövlət İmtahan Mərkəzi tərəfindən ali məktəblərə qəbulun ildə 2 dəfə aparılmasının hədsiz üstünlükləri var. Hər il universitetlərə qəbulun nəticələri açıqlanandan sonra müşahidə edirik ki, xeyli insan xaricdə təhsil almağa üz tutur. Bəziləri araşdırmadan getdikləri üçün məzun olduqdan sonra diplomlarının tanınması ilə bağlı çox çətinliklər çəkirlər.

Düşünürəm ki, blok imtahanlarının ilin ikinci yarısında - yəni yanvarda da keçirilməsi daha məqbul olar. Ümumiyyətlə dünya universitetlərində ali məktəblərə qəbul ildə iki dəfə aparılır. Qəbulun 1 dəfə olması məqsədəuyğun deyil, çünki elə insanlar var ki, onlar müəyyən məsələlərə görə hazırlıqsız olurlar, sistemi bilmirlər. Düşünürəm ki, bizdə ildə 2 dəfə aparılsa, plansız şəkildə xaricə təhsilə getməyin qarşısı alına bilər. İldə 2 dəfə qəbul aparılarsa, 1-ci dəfə universitetə qəbul ola bilməyən abituriyentlərə şans yaranar. Onlar öz boşluqları üzərində qısa müddətdə hazırlaşıb, tələbə ola bilərlər.

Nazirin qeyd etdiyi kimi, məktəblilərin maydan sonrakı 2 həftədə dərsə davamiyyətinin zəifləməsi də attestat (buraxılış) imtahanlarının təşkili ilə bağlıdır. Ən azından buraxılış imtahanlarının iyun ayında keçirilməsi məqsədəuyğun olar. Blok imtahanları da yayda 1-ci və 2-ci şans, qışda da yenidən 1-ci və 2-ci şans olmaqla keçirilə bilər. Bu qayda bizim xaricdən də tələbə qəbul etmək imkanlarımızı inkişaf etdirə bilər. Qış aylarında tələbə qəbul etmək universitetlərimizin həm beynəlxalq imicinə, həm reytinqinə, həm də maliyyəsinə müsbət təsir edə bilər.

Bu qayda universitetlərimiz nöqteyi-nəzərindən daha faydalı olar. Vətəndaşlarımız 1 il gözləmək məcburiyyətində qalmazdı. Bəzən elə olur ki, qəbul zamanı oğlanlarda 18 yaş tamam olmur, amma növbəti qəbulu gözləyənə qədər onun əsgərlik dönəmi gəlir və getmək məcburiyyətində qalır. Bu zaman biz savadlı, təhsil almaq istəyən insanı itirmiş oluruq. Bu baxımdan da qəbulun iki dəfə aparılması səmərəli olar”.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox