Azedu.az

Tarif Şurası tələbələrin çətinliyə düşəcəyini götür-qoy etməliydi – Razi Nurullayev  

Tələbə və şagird

1 Fevral 2023, 09:51
Tarif Şurası tələbələrin çətinliyə düşəcəyini götür-qoy etməliydi – Razi Nurullayev  

Tarif (qiymət) Şurasının 31 yanvar 2023-cü il tarixli növbəti iclasında daşıyıcı şirkətlərin müraciətlərinə baxılaraq ictimai nəqliyyatda sərnişindaşıma xidmətlərinin yeni tarifləri təsdiq edilib. Aparılan müzakirələrdən sonra gedişhaqqının 10 qəpik artırlması qərara alınıb. Bunun əhalinin sosial durumuna təsirləri olacaqmı? Məlumat üçün qeyd edək ki, qiymətin qalxması tələbə təqaüdlərinin artımından cəmisi bir neçə gün sonra reallaşıb. Maraqlıdır, təqaüdlərin artmasının bu qərarla əlaqəsi varmı?

 

Mövzu ilə bağlı millət vəkili Razi Nurullayev AzEdu.az-a açıqlamasında bildirib ki, ictimai nəqliyyatdan istifadə edən əsasən kasıb təbəqədir:

“İctimai nəqliyyat və bu nəqliyyatın istifadəçiləri Azərbaycanda onsuz da çətin günlərini yaşayırlar. Əlbəttə, o mənada ki, rahatlıq yoxdur, marşrutlar vaxtında gəlmir, avtobusların içərisi təmiz deyil, hər zaman tıxaclar səbəbindən mənzil başına vaxtında çatmırlar. Bunun da səbəbləri kimi sərnişindaşıma ilə məşğul olan şirkətlər qiymətlərin az olmasını və daşınma xərclərinin çox olmasını əsas gətirirlər. Onlar qeyd edirlər ki, qazancları olmadığına görə sərnişin parkını dəyişə bilmirlər, köhnə avtobuslar istifadə olunur, təmizlik işlərini və vacib təmirləri apara bilmirlər”.

Millət vəkilinin sözlərinə görə, bu arqumentlər məsələnin yalnız bir tərəfidir. Daha doğrusu, nəqliyyatçıların, nəqliyyat sahibkarlarının problemi və mövqeyidir. İstifadəçilərin durumuna gəldikdə isə, artırılan hər bir qəpik onların maddi durumuna, ailə büdcələrinə mütləq öz təsirini göstərir. Məsələ burasındadır ki, vətəndaşlarımızın da qazancı yoxdur. Əhalinin əsas hissəsi ictimai nəqliyyatdan istifadə edir. İctimai nəqliyyatdan istifadə edənlər əsasən kasıb təbəqədir. Onlar 5-10 qəpiyini belə hesablayır. O baxımdan, təbii ki, onların büdcəsinə kifayət qədər mənfi təsir göstərəcək. Ümid edək ki, qiymətlərin qalxması heç olmasa xidmətin keyfiyyətinin yaxşılaşdırılmasında rol oynamış olsun. 

 

R.Nurullayev, həmçinin az öncə təqaüdlərin artırılmasının gedişhaqlarının artırılması ilə bağlı olduğunu da istisna etmədi:

 

“Təqaüdlərin artırılması və arxasınca ictimai nəqliyyatda baş verən qiymət artımı arasında da bir əlaqə ola bilər. Sərnişindaşımanın qiymətini artıran Tarif Şurasının üzvləri bu addımı atarkən tələbələrin də ciddi sosial çətinliyə düşə biləcəyini dərindən götür-qoy etməliydilər”.

 

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox