Azedu.az

Ulu Öndərin xatirəsinə həsr olunmuş intellektual yarış keçirilib

Təhsil stendi

8 Dekabr 2024, 14:48
Ulu Öndərin xatirəsinə həsr olunmuş intellektual yarış keçirilib

"Yüksəliş" müsabiqəsi çərçivəsində keçirilən yarış müsabiqənin qaliblər, finalçılar və yarım finalçıları arasında baş tutub.

AzEdu.az xəbət verir ki, tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Açılışda Ulu Öndərin xatirəsi birdəqiqəlik sükutla yad edilib və onunla bağlı qısa video çarx nümayiş olunub. Daha sonra yarışın aparıcısı, birinci "Yüksəliş" müsabiqəsinin qalibi Orxan Quliyev qonaqları salamlayaraq iştirakçılara uğurlar arzulayıb.

Qeyd edək ki, intellektual kviz müasirAzərbaycanın banisi, ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunub. 

Müsabiqədə 43 komanda tərkibində ümumilikdə 252 iştirakçı mübarizə aparıb. Gərgin və maraqlı mübarizənin nəticəsində birinci yerə “White Walkers” komandası layiq görülüb. İkinci yerinqalibi “NeveRest”, üçüncü yerin sahibi isə“Se7en” komandaları olub.  

“Yüksəliş” müsabiqəsi artıq dördüncü dəfədir ki, qaliblər, finalçılar və yarımfinalçılar arasında intellektual yarış keçirdir. Qeyd edək ki, bu ilin payız mövsümündə baş tutan “AzərbaycanınYüksəlişi” intellektual kvizi Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Gününə, bahar mövsümündə keçirilən kviz "Yaşıl dünya naminə həmrəylik ili"nə, ötən il baş tutan yarış isə ümummilli lider Heydər Əliyevin 100 illikyubileyinə həsr edilmişdi.

"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsisedilib. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manatlıq mükafat qazanırlar.

Dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalayıb.

Rus ordusu Razlivi ələ keçirdi
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox