Azedu.az

Bu fənn üzrə beynəlxalq olimpiadalara İMTAHAN 

Təhsil stendi

8 Oktyabr 2024, 16:11
Bu fənn üzrə beynəlxalq olimpiadalara İMTAHAN 

İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlaşacaq şagirdlərin seçimi 12 oktyabr saat 10:00-da Bakı şəhəri, Bakı Ali Neft Məktəbinin Ağ şəhər korpusunda (keçmiş Bakı Fransız Liseyi) təşkil olunacaq. Şagirdlər 09:15-dan gec olmayaraq imtahan mərkəzində olmalıdır.

AzEdu.az xəbər verir ki, imtahanda ötən tədris ilində informatika fənni üzrə Respublika Fənn Olimpiadalarında finala yüksəlmiş şagirdlər iştirak edə bilərlər. Şagirdlərin imtahana gələrkən şəxsiyyət vəsiqələrini gətirməsi mütləqdir.

Nəzərinizə çatdırırıq ki, bu barədə məlumat ümumtəhsil müəssisələrinin tabe olduqları Regional Təhsil İdarələrinə bildirilib.

Rus ordusu Razlivi ələ keçirdi
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox