Azedu.az

Emin Əmrullayev Xocalıda məktəbin açılışında olub

Təhsil stendi

Tələbə və şagird

Qarabağ Regional Təhsil İdarəsi

Maraqlı

Müəllimlər və elm adamları

16 Sentyabr 2024, 11:25
Emin Əmrullayev Xocalıda məktəbin açılışında olub

Elm və təhsil naziri Emin Əmrullayev Xocalıda məktəb açılışında iştirak edib.

AzEdu.az Report-a istinadən xəbər verir ki, nazir Emin Əmrullayev Xocalı şəhər 1 saylı tam orta məktəbin açılışında olub.

32 illik fasilədən sonra Xocalıya köçürülən sakinlər ilk tədris ilini yenidən qurulan və ən müasir tələblərə cavab verən yeni tədris binasında keçirəcəklər.

Nazir öz çıxışında məktəb kollektivini bu münasibətlə təbrik edib və onlara uğurlar arzulayıb.

Qeyd edək ki, Xocalı şəhər 1 saylı tam orta məktəbi 132 şagird yerlikdir. Məktəbəhazırlıq qrupunda beş, I sinifdə səkkiz, II-XI siniflərdə isə 21 şagird olmaqla, ümumilikdə 34 şagird tədrisə başlayıb. Məktəbdə dərslər 16 müəllim tərəfindən tədris ediləcək.

Paşinyan Azərbaycanın əsas şərtini QƏBUL EDİR
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox