Azedu.az

Qrant müsabiqəyə müraciət müddəti uzadılıb

Elm və Təhsil Nazirliyi

27 Oktyabr 2025, 14:10
Qrant müsabiqəyə müraciət müddəti uzadılıb

Elm və Təhsil Nazirliyi tərəfindən elan edilmiş “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsinə müraciətlərin qəbulu müddəti uzadılıb.

Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qrant müsabiqəsi Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış və təhsil sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları üçün nəzərdə tutulur.

Layihə təkliflərinin qəbulu 31 oktyabr 2025-ci il tarixinədək [email protected] elektron poçtu vasitəsilə aparılacaq.

Qrant müsabiqəsi barədə ətraflı məlumatla aşağıdakı elan vasitəsilə tanış ola bilərsiniz:
 
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi

Gürcüstanda ARA QARIŞDI - Minlərlə insan küçələrə axışdı
Son xəbərlərDaha çox