Azedu.az

“Nə? Harada? Nə zaman?” üzrə respublika kuboku keçirilib

Elm və Təhsil Nazirliyi

27 Oktyabr 2025, 11:41
“Nə? Harada? Nə zaman?” üzrə respublika kuboku keçirilib

Elm və Təhsil Nazirliyinin və “Kapital Bank”ın dəstəyi ilə “Təhsil Oyunları Platforması”nın təşkilatçılığı ilə məktəblilər arasında “Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika kuboku keçirilib.

AzEdu.az xəbər verir ki, yarışda ölkənin 22 şəhər və kəndini təmsil edən 42 komanda iki yaş kateqoriyasında - 6–9-cu və 10–11-ci siniflər üzrə mübarizə aparıb. Komandalar final mərhələsinə canlı şəkildə keçirilən regional kubokların qalibi kimi və ya 622 komanda arasında təşkil olunan onlayn seçim turunda yüksək nəticə göstərərək vəsiqə qazanıblar.

Final mərhələsində iştirakçılar müxtəlif sahələr üzrə bilik tələb edən 36 suala cavab veriblər. Üç turdan ibarət yarışın yekun nəticələri aşağıdakı kimi olub:

6–9-cu siniflər kateqoriyası üzrə:
1-ci yer – “Dominant” (Quba), 20 xal
2-ci yer – “Kvebek” (Şəki), 17 xal
3-cü yer – “Beyin fırtınası” (Bakı), 15 xal
10–11-ci siniflər kateqoriyası üzrə:
1-ci yer – “Vesper” (Bakı), 27 xal
2-ci yer – “El-Rey” (Xırdalan–Bakı), 22 xal
3-cü yer – “Zəkalar” (Bakı), 21 xal

Qalib komandalar kubok, diplom və müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.

Qeyd edək ki, “Təhsil Oyunları Platforması” 2020-ci ildən etibarən məktəblilər arasında onlayn və canlı formatlarda intellektual yarışlar təşkil edir, şagirdlərin biliklərə marağını artırır və komanda işinin inkişafına töhfə verir.

Gürcüstanda ARA QARIŞDI - Minlərlə insan küçələrə axışdı
Son xəbərlərDaha çox