Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2025-ci ilin noyabr ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli açıqlanıb.
Elm və təhsil naziri Emin Əmrullayevin vətəndaş qəbulu keçirəcəyi yerlər də həmin siyahıya daxildir.
AzEdu.az xəbər verir ki, qəbulun keçiriləcəyi yer Naxçıvan şəhəri, tarix isə 28 noyabr olaraq müəyyənləşdirilib.
Əhatə olunan şəhər və rayonların isə Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur olduğu qeyd olunur.
Qeyd edək ki, vətəndaşların qəbulu müəyyən edilmiş günlərdə saat 10:00-da başlayır.