Azedu.az

Mədəniyyət və Elm və Təhsil nazirliklərinin birgə işçi qrupunun növbəti görüşü olub

Elm və Təhsil Nazirliyi

18 Oktyabr 2025, 10:04
Mədəniyyət və Elm və Təhsil nazirliklərinin birgə işçi qrupunun növbəti görüşü olub

Mədəniyyət və Elm və Təhsil nazirlikləri arasında əməkdaşlıq çərçivəsində yaradılmış birgə işçi qrupunun növbəti görüşü keçirilib.
 

AzEdu.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzində keçirilən görüşdə mədəniyyət nazirinin müavini Səadət Yusifova, elm və təhsil nazirinin müavini Həsən Həsənli, həmçinin hər iki nazirliyin nümayəndələri iştirak ediblər.
 
Görüşdə mədəniyyət və təhsil sahələrinin inteqrasiyası, institusional əməkdaşlığın gücləndirilməsi, eləcə də birgə fəaliyyətin prioritet istiqamətləri müzakirə olunub. Həmçinin işğaldan azad olunmuş ərazilərdə mədəniyyət və təhsil infrastrukturunun əlaqələndirilməsi, yaradıcı təlim mühitinin formalaşdırılması, mədəniyyət təhsili üzrə kurikulumun təkmilləşdirilməsi və istedadlı şagirdlərin inkişafı məsələlərinə xüsusi diqqət yetirilib.
 
Görüşün sonunda iştirakçılar birgə fəaliyyətin daha səmərəli həyata keçirilməsi və müvafiq istiqamətlər üzrə icra mexanizmlərinin hazırlanması barədə razılığa gəliblər.

QIZĞIN DEBAT! Ramiz Mehdiyevlə Əli Həsənov DİNDİRİLMƏYƏ ÇAĞIRILDI
Son xəbərlərDaha çox