Azedu.az

İctimai təşəbbüslərin dəstəklənməsi üzrə qrant müsabiqəsi elan edilir

Elm və Təhsil Nazirliyi

10 Oktyabr 2025, 11:45
İctimai təşəbbüslərin dəstəklənməsi üzrə qrant müsabiqəsi elan edilir

Elm və Təhsil Nazirliyi “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi elan edir. 

AzEdu.az xəbər verir ki, qrant müsabiqəsi Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış və təhsil sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları üçün nəzərdə tutulur.

Müsabiqəyə təqdim olunacaq layihə təkliflərinin qəbulu 27 oktyabr 2025-ci il tarixinədək [email protected] elektron poçtu vasitəsilə aparılacaq.

Qrant müsabiqəsi barədə daha ətraflı məlumatla aşağıdakı elan vasitəsilə tanış ola bilərsiniz:

“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi

Putin Paşinyanla mübahisə etdi - Xəbəriniz Var?
Son xəbərlərDaha çox